RU

Məşhur musiqiçi qəzada həlak oldu

Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə onun həyat yoldaşı Valentina Beryozkina “Instagram” hesabında məlumat verib.

Onun sözlərinə görə, Brovkov dəhşətli qəzaya düşüb. Həkimlər onun həyatı uğrunda mübarizə aparıblar, lakin xilas edə bilməyiblər.

“Sizdən xahiş edirəm ki, onun sözün hər mənasında dünya üçün etdiyi hər şeyi xatırlayasınız və hörmətlə yanaşasınız. Mən onu çox sevirəm və onun kimi başqa belə mehriban və dürüst insan tanımıram”, – deyə müğənninin həyat yoldaşı bildirib.

Artyom Brovkov (daha çox Fuze və Krec kimi tanınır) Sankt-Peterburqun məşhur “Krec” rep qrupunun təsisçisi və daimi iştirakçısı olub (2001-ci ildən, ilkin olaraq “Kitchen Records”). O, bir çox mətnlərin müəllifidir və digər iştirakçıların (Assai və Smoki Mo) gedişindən sonra layihəni müstəqil şəkildə davam etdirib.

Fuze 2000-ci illərin rus repinin klassiklərindən biri, “Nejnost” (“Piter FM” filminin saundtreki), “Yele dışa”, “Po reke”, “Oskolki” mahnılarının müəllifi və ifaçısı kimi tanınır./oxu.az/

Избранный
13
2
nocomment.az

3Источники