RU

NATO baş katibi Trampın açıqlamasından sonra təcili Vaşinqtona gedir

BAKI, 2 aprel. TELEQRAF

NATO baş katibi Mark Rutte gələn həftə əvvəlcədən planlaşdırılmış səfər çərçivəsində Vaşinqtona gedəcək.

Teleqraf xəbər verir ki, bu barədə alyansın sözçüsü Allison Hart məlumat verib.

NATO rəhbərinin səfəri ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı fikir ayrılıqlarına görə alyans üzvlərini sərt tənqid etməsindən sonraya təsadüf edir.

Ağ Evin sözçüsü Kerolayn Levitt də Mark Ruttenin səfərini təsdiqləyib. NATO baş katibinin səfəri ilə bağlı bunlardan əlavə məlumat yoxdur.

Prezident Donald Tramp müttəfiqlərin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən sonra Amerikanın NATO-dan çıxma ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.

ABŞ Prezidenti xəbərdarlıq edib ki, müttəfiqlər Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO çox pis gələcəklə üzləşəcək.

ABŞ dövlət katibi Marko Rubio da bəyan edib ki, Avropa ölkələri Amerikanın İrana qarşı əməliyyatlar aparmaq üçün öz bazalarından istifadə etməsini qadağan etdiyi üçün Vaşinqton NATO-ya üzvlüyünü yenidən nəzərdən keçirəcək.

Избранный
23
teleqraf.com

1Источники