RU

Telefon və qəhvə yuxunu necə məhv edir?

Yuxunun keyfiyyətini artırmaq üçün yağlı axşam yeməyindən imtina etmək lazımdır.

Azreform.info "Lenta.ru”ya istinadla xəbər verir ki, somnoloq Aleksandr Kazaçenko dərmansız şəkildə yuxu keyfiyyətini yaxşılaşdırmağın sadə yollarını açıqlayıb. 

Kazaçenkonun sözlərinə görə, ilk növbədə ağır və yağlı axşam yeməyindən imtina etmək lazımdır. “Ən yaxşısı yatmazdan 3-4 saat əvvəl yemək və asan həzm olunan qidalara üstünlük verməkdir. Bundan əlavə, günün ikinci yarısında kofein və alkoqol qəbul etmək istirahətin keyfiyyətinə mənfi təsir göstərir”, – deyə həkim əlavə edib.

Daha yaxşı yatmaq üçün somnoloq həmçinin stress səviyyəsini nəzarətdə saxlamağı və rejimə əməl etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, yuxu və oyaqlığı tənzimləyən hormonların düzgün ifrazını təmin edir və yuxunun strukturunu yaxşılaşdırır.

Kazaçenko əlavə edib ki, yatmazdan əvvəl mobil cihazlardan imtina etmək də gecə istirahətinin keyfiyyətini artırır. Həkim qeyd edib ki, mobil cihazlar səbəbindən insan tam rahatlaşa bilmir, çünki beyin məlumatları emal etməyə davam edir. Bundan başqa, ekranlardan yayılan işıq melatonin hormonunun ifrazını azaldır ki, bu da yuxunun keyfiyyətini pisləşdirir və yuxuya getməyi çətinləşdirir.

Həmidə İbrahimova

Избранный
35
2
azreform.info

3Источники