RU

Dumanlı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, mövzuya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova münasibət bildirib.

Onun sözlərinə görə, müşahidə olunan cənub-şərq küləyi aprelin 4-dən şimal-qərb küləyi ilə əvəz olunacaq, bu da dumanın seyrəlməsinə səbəb olacaq.

Gülşad Məmmədova əlavə edib ki, dumanlı hava şəraiti həm mövsümi meteoroloji şərait, həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalarla əlaqələndirilir:

"Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi, eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına və dumanın yaranmasına şərait yaradır.

Son illərdə müşahidə olunan iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır. Müşahidə olunan cənub-şərq küləyi aprelin 4-dən şimal-qərb küləyi ilə əvəz olunacaq, bu da dumanın seyrəlməsinə səbəb olacaq". (Oxu.az)

Bizim.Media

Избранный
9
6
bizim.media

7Источники