RU

Bakı-Sumqayıt yolunda GÜCLÜ TIXAC – Hərəkət İFLİC OLDU

Bakının bir sıra əsas yollarında nəqliyyat sıxlığı yaranıb.

NOCOMMENT.az xəbər verir ki, xüsusilə Bakı-Sumqayıt şosesində, Sumqayıt istiqamətindən Bakıya gələn yolda tıxac Gənclər Şəhərciyinin qarşısından başlayaraq “20 Yanvar” metrostansiyası istiqamətinə qədər davam edir.

Sıxlıq səbəbindən bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti xeyli ləngiyib və bəzi hissələrdə avtomobillər demək olar ki, dayanma vəziyyətindədir. Sürücülər yolda uzun müddət gözləməli olduqlarını bildirirlər.

Hazırda paytaxtın bir neçə digər əsas magistral və prospektlərində də oxşar sıxlıq müşahidə olunur, bu da şəhərin ümumi nəqliyyat hərəkətinə ciddi təsir göstərir. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda paytaxtın aşağıdakı yollarında da sıxlıq müşahidə olunur:

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər
Babək prospekti, mərkəz istiqamətində
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər
Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər
Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində

NOCOMMENT.az

Избранный
29
7
nocomment.az

10Источники