RU

Pezeşkiandan amerikalılara ŞOK MÜRACİƏT

İran Prezidenti Məsud Pezeşkian Ağ Ev rəhbəri Donald Trampın xalqa müraciəti ərəfəsində amerikalılara ünvanlanmış geniş ictimai məktub yayımlayaraq, ölkəsinin addımlarını müdafiə edib.

Xəbər verilir ki, Pezeşkian məktubun məzmununu X platformasında yayımlayıb.

O, Tehranın müharibəyə başlamadığını, lakin ona hücum edənlərə qətiyyətlə və cəsarətlə cavab verdiyini bildirib.

Pezeşkian vurğulayıb ki, İran xalqı ABŞ, Avropa və ya qonşu ölkələrin vətəndaşlarına qarşı düşməncəsinə yanaşmır.

Prezident Fars körfəzi dövlətlərinə zərbələri və İranın müdafiə qabiliyyətini gücləndirməyə davam etdirməsini "qanuni özünümüdafiəyə əsaslanan balanslı reaksiya" kimi təsvir edib.


Избранный
38
azia.az

1Источники