RU

Trampın müraciəti dünya bazarını SİLKƏLƏDİ: Neft bahalaşdı, birjalar çökdü!

ABŞ prezidenti Donald Trampın xalqa müraciətindən sonra dünya bazarlarında ciddi dalğalanmalar müşahidə olunub.

Musavat.com xəbər verir ki, Trampın ABŞ-nin İrana "çox güclü zərbələr" endirməyə davam edəcəyini bəyan etməsi nəticəsində neftin qiyməti 4%-dən çox artıb, Asiya fond birjaları isə kəskin enişlə üzləşib.

"Associated Press" agentliyinin məlumatına görə, bazarlar gərginliyin qısa zamanda səngiyəcəyinə dair siqnallar gözləyirdi. Lakin Tramp bunun əvəzinə Yaxın Şərq neftindən asılı olan ölkələri Hörmüz boğazını öz nəzarətlərinə götürməyə çağırıb və onlara müvəqqəti olaraq Amerika nefti almağı təklif edib.

Cümə axşamı Asiya ticarət sessiyasının başlanğıcında əsas indekslərdə mənfi dinamika qeydə alınıb:

  • Tokio: Nikkei 225 indeksi 1,4% azalaraq 53 004,81 bəndə düşüb.

  • Cənubi Koreya: Kospi indeksi 3,4% itirərək 5 292,36 bənd təşkil edib.

  • Honkonq: Hang Seng indeksi 0,8% enərək 25 082,59 bəndə geriləyib.

  • ABŞ: Amerika səhmlərinin fyuçersləri 0,9%-dən çox dəyər itirib.

Gərginlik fonunda enerji resurslarının qiymətində kəskin sıçrayış baş verib. Beynəlxalq standart hesab olunan Brent markalı neftin qiyməti bir barel üçün 106,22 dollara yüksəlib. ABŞ-nin etalon neftinin qiyməti isə 4,2% artaraq barel başına 104,36 dollar təşkil edib.

Digər tərəfdən, qızılın qiymətində 2% eniş müşahidə olunub və bir unsiya üçün 4718,90 dollar səviyyəsində qərarlaşıb.

Xatırladaq ki, çərşənbə günü dünya birjalarında müəyyən nikbinlik hökm sürürdü. Trampın çərşənbə axşamı hərbi kampaniyanın iki-üç həftəyə yekunlaşa biləcəyi ilə bağlı açıqlaması bazarları yüksəltmişdi. Həmin vaxt S&P 500 indeksi 0,7%, Dow Jones 0,5%, Nasdaq Composite isə 1,2% artım nümayiş etdirmişdi. Lakin son müraciət bu müsbət tendensiyanı yenidən təşvişlə əvəz edib.

Musavat.com

Избранный
24
21
musavat.com

10Источники