RU

İsveçrənin maliyyə naziri Grok-a qarşı böhtan və təhqirə görə cinayət işi açıb

Bakı, 2 aprel, AZƏRTAC

İsveçrənin maliyyə naziri Karin Keller-Sutter onun barəsində sosial mediada yayılan təhqiramiz məzmunla bağlı ABŞ-da yerləşən X platformasının süni intellekt çatbotu Grok-a qarşı cinayət işi qaldırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçrənin “Tamedia” media qrupu məlumat yayıb. Bildirilir ki, nazir internetdə yayılan böhtan və təhqir xarakterli ifadələrə görə hüquqi addım atıb.

Məlumata görə, X platformasında anonim istifadəçi Grok çatbotundan Keller-Sutter haqqında satirik mətn hazırlamağı istəyib. Nəticədə yaradılan mətndə nazirə və onun fəaliyyətinə qarşı təhqiramiz ifadələr yer alıb.

Nazirin sözçüsü Paskal Hollenşteyn böhtan və təhqir ittihamları ilə məhkəmə iddiasının qaldırıldığını təsdiqləyib.

“Bu cür qadınlara qarşı münasibət normal və ya məqbul hesab edilməməlidir”, – deyə o bildirib.

Избранный
60
1
azertag.az

2Источники