RU

KİV: ABŞ-ın İranla bağlı bütün variantları risklərlə doludur

KİV: ABŞ-ın İranla bağlı bütün variantları risklərlə doludur

Vaşinqton administrasiyasının İrana münasibətdə ən azı dörd fəaliyyət variantı var, lakin onlardan heç biri ABŞ üçün əlverişli olmayacaq.

AFN.az xəbər verir ki, bu fikir Amerikanın "The Atlantic" jurnalında dərc olunan məqalədə yer alıb. "Risklər ilk növbədə onunla bağlıdır ki, İran Hörmüz boğazına, deməli, həm də dünya neft qiymətlərinə faktiki nəzarətini nəzərə alaraq, öz mövqeyini kifayət qədər güclü hesab edir. Tehran müharibənin ABŞ-ın diktə etdiyi qısa müddətdə başa çatmasının onun maraqlarına cavab verdiyini düşünməyə bilər" - deyə jurnalın analitikləri vurğulayırlar.

Məlumata görə, hadisələrin inkişafı üçün birinci variant Amerika ordusunun neft ixracı üçün mühüm infrastruktura malik olan İranın Xark adasını və ya digər arxipelaqları ələ keçirmək məqsədilə məhdud miqyaslı quru əməliyyatı keçirməsidir. Bundan əlavə, ABŞ zənginləşdirilmiş uranı ələ keçirmək və çıxarmaq üçün İrana xüsusi təyinatlı desant çıxarmağa cəhd edə bilər. "Atlantic"in qiymətləndirməsinə görə, Vaşinqton gələcək danışıqlarda Xark adasının İrana qaytarılmasından "kozır" kimi istifadə edə bilər. Lakin desantın çıxarılması gərginliyin daha da artması riski fonunda neft qiymətlərinin sürətlə sıçrayışına səbəb olacaq.

Nəşr ikinci variant kimi Vaşinqtonun münaqişədə öz qələbəsini birtərəfli qaydada elan etməsini və qoşunlarını geri çəkməsini hesab edir. Lakin bu halda yaxın gələcəkdə münaqişənin təkrarlanması riski qalacaq. Bundan əlavə, Səudiyyə Ərəbistanı və ABŞ-ın regiondakı digər müttəfiqləri öz təhlükəsizliklərini təmin etmək üçün şəxsi nüvə arsenallarını yaratmağa cəhd göstərə bilərər.

Üçüncü senari Vaşinqton və Tehran arasında danışıqların bərpası ola bilər. Lakin analitiklərin fikrincə, bu variantın uğur şansı çox aşağıdır. Hətta tərəflər sövdələşməyə nail olsalar belə, İran bu müharibənin təcrübəsini nəzərə alacaq və beynəlxalq sanksiyalar qaldırıldıqdan sonra əldə etdiyi mənfəəti öz hərbi potensialının bərpasına yönəldəcək. Bu isə öz növbəsində İsraili analoji münaqişəni yenidən başlatmağa təhrik edə bilər.

Sonuncu mümkün variant kimi "Atlantic" Vaşinqtonun quru əməliyyatı keçirmədən hərbi əməliyyatları davam etdirməsini göstərir. Lakin nəşr bu alternativin perspektivini də şübhə altına qoyur, çünki ABŞ öz hərbi arsenallarını sürətlə xərcləyir, amerikalı istehlakçılar isə artan inflyasiya və yanacaq qiymətlərindən getdikcə daha çox narazılıq nümayiş etdirirlər.

Избранный
86
50
afn.az

10Источники