AZ

ABŞ-nin İranla bağlı gizli planı var?

Amerika Birləşmiş Ştatları İranla davam edən gərginlik fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə yerləşdirilən ABŞ hərbçilərinin sayı 50 mini ötüb. Lakin bu qüvvələrin hansı konkret tapşırıqla bölgəyə cəlb edildiyi hələlik açıqlanmayıb. Ekspertlər hesab edir ki, bu addım adi rotasiya xarakterli deyil və daha geniş hərbi planın tərkib hissəsi ola bilər. İddialara görə, Donald Tramp administrasiyası Hörmüz boğazının yenidən açılması ilə bağlı planlar üzərində işləyir.Eyni zamanda bəzi ssenarilərdə strateji ərazilərin, o cümlədən Xark adasının ələ keçirilməsi və İsfahandakı nüvə obyektlərinə nəzarət məsələsinin də müzakirə olunduğu bildirilir.Bununla belə, hərbi mütəxəssislər İran kimi geniş əraziyə və böyük hərbi potensiala malik ölkəyə qarşı genişmiqyaslı quru əməliyyatının mövcud qüvvələrlə çətin olduğunu vurğulayırlar.

Qeyd edək ki, ABŞ tərəfi İranın nüvə proqramı ilə bağlı sərt mövqeyini qoruyur və rəsmi Vaşinqton bu sahədə mümkün bütün variantları nəzərdən keçirdiyini bildirir.

Seçilən
1
50
metbuat.az

10Mənbələr