RU

1 əsrdir saxlanılan çamadan açıldı KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Kanada bank seyfində bir əsrdir möhürlənmiş halda qalan çamadanda sərvət tapılıb.

KONKRET.az xəbər verir ki, çamadanın içindən qızıl tapılıb. Məlumata görə, onlar Avstriya-Macarıstan İmperiyasının son imperatriçası Zitaya məxsusdur. Kolleksiya arasında oğurlandığı və ya itirildiyi hesab edilən tarixi 137 karatlıq Florensiya almazı da var.

Bildirilir ki, birinci dünya müharibəsindən sonra Habsburq İmperiyasının süqutundan sonra sürgünə göndərilən İmperatriça Zita, zinət əşyalarının bir hissəsini Avropadakı siyasi qeyri-sabitlikdən qorumaq üçün Kanada bank seyfinə həvalə edib. Çamadanı nəvəsi Karl fon Habsburq-Lotringenin rəhbərlik etdiyi ailə üzvləri açıblar.

Bildirilir ki, İmperatriçanın əri İmperator Karl çamadanı ölümündən 100 il sonra açılmasını tələb etdiyi üçün indi açılıb.\\Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
2
konkret.az

10Источники