RU

ABŞ-la diplomatiya iflasa uğradı: İran cəmiyyəti danışıqlara “yox” dedi

İranda ABŞ-la münasibətlərdə yeni və daha sərt mərhələnin başlandığı görünür.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran cəmiyyəti artıq ABŞ ilə danışıqları və diplomatiyanı nəzərdən keçirməyə belə hazır deyil.

Onun sözlərinə görə, bu mövqenin formalaşmasına son danışıqların nəticələri ciddi təsir edib. Baqai qeyd edib ki, ötən ilin iyununda və bu ilin fevralında keçirilən iki raund müzakirələrdən sonra baş verən hadisələr ictimaiyyətin yaddaşında dərin iz buraxıb və bu, Vaşinqtona olan etimadı sarsıdıb.

Sözçü vurğulayıb ki, ABŞ diplomatiyası artıq Tehranda ya öz iradəsini diktə etmək vasitəsi, ya da mümkün güc tətbiqinə hazırlıq mərhələsi kimi qiymətləndirilir.

 

Musavat.com

Избранный
73
50
musavat.com

10Источники