RU

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Müğənni Gülay efirdə nümayiş etdirdiyi zinət əşyası ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, verilişlərin birində qonaq olan xanəndənin barmağındakı qədimi sapfir üzük izləyicilərin marağına səbəb olub.

Sənətçi bildirib ki, bu üzük ona anasından yadigar qalıb və xüsusi mənəvi dəyərə malikdir.

Parlaq və gözqamaşdıran zinət əşyası sosial şəbəkələrdə də geniş müzakirə olunub. İzləyicilər üzüyün həm görünüşünü, həm də daşıdığı xatirə dəyərini yüksək qiymətləndiriblər. (Milli.az)


Bizim.Media

Избранный
16
4
bizim.media

5Источники