RU

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında bildirib.

"Prezident Donald Trampın (ABŞ-nin – red.) nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə yaxşı söhbətimiz oldu. Senator Lindsi Qrem və NATO-nun baş katibi Mark Rütte də qoşulmuşdular. Ukrayna ABŞ-nin ləyaqətli sülhün bərqərar olmasına yönəlmiş bütün səylərini qiymətləndirir", - o qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, tərəflər Ukrayna və ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sənədin irəlilədilməsi üçün yaxın günlərdə əlaqələri saxlamağa davam etmək barədə razılığa gəliblər. "Məhz bu, müharibənin dayanıqlı başa çatmasına yol aça bilər", - Zelenski vurğulayıb.

Избранный
4
8
far.az

10Источники