AZ

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.Bu barədə Zelenski “Telegram” kanalında bildirib.

Zelenskinin sözlərinə görə, tərəflər Ukrayna ilə ABŞ arasında “ləyaqətli sülh” və təhlükəsizlik zəmanətlərinə dair sənədin irəlilədilməsi istiqamətində müzakirələr aparıblar.

Ukrayna lideri qeyd edib ki, görüş iştirakçıları yaxın günlərdə əlaqələri davam etdirmək və koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu proses müharibənin dayanıqlı şəkildə başa çatmasına yol aça bilər.

Seçilən
10
1
anews.az

10Mənbələr