RU

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Heydər Əliyev prospektinin şəhər avtovağzalı yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü, 1981-ci il təvəllüdlü Elgiz Kazımov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Избранный
20
unikal.az

1Источники