RU

Şəhərlər böyüyür, tullantılar artır: WUF13-də çıxış yolu axtarılacaq VİDEO

Bakı, 1 aprel, AZƏRTAC

Şəhərlər böyüyür, küçələr genişlənir, binalar yüksəlir, həyat sürətlənir. Amma bu inkişafın görünməyən tərəfi də var - hər gün artan tullantılar. Bu gün dünya sürətli şəhərsalma fəaliyyəti və artan istehlakın yaratdığı ciddi ekoloji çağırışlarla üz-üzədir. Bəzi böyük şəhərlər tullantıların idarə olunması məsələsində geridə qalır. Məsələn, Dehlidə böyük tullantı dağları – zibil poliqonları əmələ gəlib. Manilada isə çaylar tullantılarla çirkləndirilir. Bəs bu cür hallarla necə mübarizə aparılmalıdır? Bu suala cavab tapmaq üçün mütəxəssislər Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında bir araya gələcəklər. May ayında ölkəmizdə keçiriləcək tədbirdə şəhərsalma zamanı tullantıların idarə olunması məsələsi də WUF kontekstində əsas müzakirə mövzularından biridir. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Müxbir- Fərid Səlimov
Videooperator – Ələkbər Baxşıyev
Montaj – Natiq Musayev
Избранный
52
1
azertag.az

2Источники