AZ

WUF13 Bakıda: Tullantıların idarə olunması gündəmin mərkəzində

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbərin mətni

Şəhərlər böyüyür, küçələr genişlənir, binalar yüksəlir, həyat sürətlənir. Amma bu inkişafın görünməyən tərəfi də var - hər gün artan tullantılar. Bu gün dünya sürətli şəhərsalma fəaliyyəti və artan istehlakın yaratdığı ciddi ekoloji çağırışlarla üz-üzədir. Bəzi böyük şəhərlər tullantıların idarə olunması məsələsində geridə qalır. Məsələn, Dehlidə böyük tullantı dağları – zibil poliqonları əmələ gəlib. Manilada isə çaylar tullantılarla çirkləndirilir. Bəs bu cür hallarla necə mübarizə aparılmalıdır? Bu suala cavab tapmaq üçün mütəxəssislər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bir araya gələcəklər. May ayında ölkəmizdə keçiriləcək tədbirdə şəhərsalma zamanı tullantıların idarə olunması məsələsi də WUF kontekstində əsas müzakirə mövzularından biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
icma.az

2Mənbələr