RU

Luqansk əldən getdi, hədəfdə hansı vilayətdir?

Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatında belə deyilir. Departamentdən dəqiqləşdirilib ki, tapşırıq "Qərb" hərbi qrupunun bölmələri tərəfindn yerinə yetirilib.

Bəs Luqanskın tam nəzarətə götürülməsi müharibənin ümumi gedişatında hansı dönüş nöqtəsi hesab oluna bilər? Bu hadisə Donbas uğrunda döyüşlərin taleyinə necə təsir göstərəcək?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Luqanskın itirilməsi və ya Luqansk vilayətinin Rusiya tərəfindən tam işğal olunması hələ müharibənin Rusiyanın xeyrinə kəskin şəkildə dəyişməsi anlamına gəlmir:
"Zatən müharibə başlayandan etibarən Rusiya bu vilayətin böyük hissəsini nəzarət altına almışdı. Ərazinin təxminən 90 faizi artıq işğal altında idi və sonrakı illər ərzində qalan 10 faizlik hissənin ələ keçirilməsi mümkün olmamışdı.
Bu 4 il ərzində həmin kiçik ərazi uğrunda davam edən döyüşlər göstərirdi ki, məsələ heç də sadə deyil və Rusiya üçün belə bu hissəni tam nəzarətə götürmək çətin olaraq qalırdı. Üstəlik, son dövrlərdə yayılan məlumatlar da birmənalı qəbul olunmur. Daha əvvəl dəfələrlə bəyan edilirdi ki, müəyyən yaşayış məntəqələri ələ keçirilib. Lakin sonradan məlum olurdu ki, həmin ərazilər tam nəzarətə götürülməyib. Hətta Vladimir Putinin çıxışlarında belə bəzən şəhər adlarını yanlış səsləndirirdi ki, bu da məlumatların dəqiqliyinə şübhə yaradırdı.
Bu baxımdan, Rusiyanın Luqansk vilayətinin tam nəzarətə götürüldüyü ilə bağlı iddialar hələ də tam təsdiqlənmiş və mübahisəsiz fakt kimi qəbul edilə bilməz. Hətta fərz etsək ki, bu baş verib, belə belə bir nəticə müharibənin ümumi gedişində həlledici dönüş nöqtəsi sayılmaz.
Çünki Ukrayna ordusu son dövrlərdə müxtəlif istiqamətlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirir və müəyyən əraziləri geri qaytarmağa nail olur. Müharibənin taleyini müəyyən edən əsas məsələ isə bütövlükdə Donbasın taleyidir. Rusiya hələ də bu strateji bölgəni tam şəkildə işğal edə bilməyib.
Nə qədər ki, Donbas tam nəzarət altına alınmayıb, Rusiya müharibəni dayandırmaq niyyətində görünmür. Burada “Rusiya” deyərkən, əslində Putin nəzərdə tutulur. Yəni Luqanskın taleyi bu müharibənin sonu deyil".

Xalidə Gəray
Musavat.com

 

 

 

 

Избранный
78
musavat.com

1Источники