RU

Altsheymer xəstəliyi riskini beş dəfə artıran səbəb açıqlanıb

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çin alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən insanlarda istənilən forma demensiyanın inkişaf ehtimalı iki dəfədən çox yüksəkdir. Bu zaman Altsheymer xəstəliyi riski beş dəfə, damar demensiyası riski isə təxminən 1,9 dəfə artır.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Psychiatry Research” jurnalında dərc olunub.

Tədqiqatçılar Çinin İçan şəhərinin 900 mindən çox sakininin elektron tibbi kart məlumatlarını təhlil ediblər. Araşdırma üçün müşahidələrin başlanğıcında demensiyası olmayan 50 yaşdan yuxarı şəxslər seçilib. Nəticədə təhlilə depressiyası olan 4341 nəfər və eyni yaş və cins göstəricilərinə malik, bu diaqnozu olmayan 43 mindən çox iştirakçı daxil edilib.

Orta hesabla 3,6 il davam edən müşahidə dövründə 1493 nəfərə demensiya diaqnozu qoyulub. Demensiya diaqnozu qoyulanların orta yaşı 78 olub. Ən yüksək risk isə depressiya diaqnozu qoyulmuş 60 yaşdan yuxarı şəxslərdə müşahidə edilib.

Əlavə təhlil göstərib ki, Altsheymer xəstəliyinin riski iki dövrdə kəskin artır — depressiya diaqnozundan sonrakı ilk iki ildə və altı-səkkiz il sonra. Alimlər hesab edirlər ki, bu, müxtəlif mexanizmlərlə izah olunur.

Birinci halda depressiya artıq inkişaf edən Altsheymer xəstəliyinin erkən əlaməti ola bilər. İkinci halda isə uzunmüddətli depressiya xroniki stres və immun sisteminin fəaliyyətində pozuntular səbəbindən beynin zədələnməsinə gətirib çıxara bilər.

Damar demensiyası üçün belə erkən risk artımı müşahidə olunmayıb, belə ki, xəstəliyin inkişaf ehtimalı əsasən bir neçə il davam edən uzunmüddətli depressiya zamanı artır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
4
yeniazerbaycan.com

7Источники