RU

Zəngilan qaçqın şəhərciyinə gedən yolda çökmə hadisəsinin səbəbi açıqlanıb

Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə kanalizasiya şəbəkəsində baş verən qəzanın səbəbi açıqlanıb...

Bu barədə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, aylıq normadan dəfələrlə artıq yağan intensiv yağışlar nəticəsində tullantı su kollektorunun normadan artıq yüklənməsi və ətrafdan qrunt sularının yola istiqamətlənməsi nəticəsində şəbəkədə qəzaya səbəb olub.

İdarənin əməkdaşları dərhal əraziyə cəlb olunaraq, tullantı suların kollektordan ötürülməsi məqsədilə nasos stansiyaya əlavə aqreqatlar quraşdırılıb.

Ərazidə təhlükəsizlik tədbirləri görülmüşdür və xüsusi texnikalar cəlb edilərək kollektorun qəzalı hissəsinin dəyişdirilməsi üçün qazıntı işlərinə başlanılıb.

Qeyd edək ki, Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb. Çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Poliqon.info

Избранный
19
2
poliqon.info

10Источники