AZ

Zəngilan qaçqın şəhərciyinə gedən yolda çökmə hadisəsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə kanalizasiya şəbəkəsində baş verən qəzanın səbəbi açıqlanıb.

Bu barədə "APA-Economics"ə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, aylıq normadan dəfələrlə artıq yağan intensiv yağışlar nəticəsində tullantı su kollektorunun normadan artıq yüklənməsi və ətrafdan qrunt sularının yola istiqamətlənməsi nəticəsində şəbəkədə qəzaya səbəb olub.

İdarənin əməkdaşları dərhal əraziyə cəlb olunaraq, tullantı suların kollektordan ötürülməsi məqsədilə nasos stansiyaya əlavə aqreqatlar quraşdırılıb.

Ərazidə təhlükəsizlik tədbirləri görülmüşdür və xüsusi texnikalar cəlb edilərək kollektorun qəzalı hissəsinin dəyişdirilməsi üçün qazıntı işlərinə başlanılıb.

Qeyd edək ki, Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb. Çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

***

15:58

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Biıdirilib ki, hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.

Seçilən
17
2
apa.az

10Mənbələr