RU

Perinçek Türkiyə gizlədir dedi, Bakıya işarə etdi: Təyyarə qəzası ilə bağlı skandal İDDİA

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sensasion iddia səsləndirib. O, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu bildirib.

Perinçek, 20 (bəzi mənbələrə görə 34) türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini iddia edərək onun açıqlanmasını tələb edib. Bəzi məlumatlara görə, siyasətçi bu bəyanatı yaxın münasibətləri olduğu müəyyən dairələrin tapşırığı ilə səsləndirib. Məqsəd isə Bakı və Ankara əməkdaşlığını hədəf almaqdır.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, şübhəsiz, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiya təyyarənin qəza səbəblərini öyrənib:

“Lazımi məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq təqribən bir neçə ay sonra bu qəzanın İsrail tərəfindən vurulduğunu iddia etmək və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirmək müəyyən suallar doğurur.

Ümumiyyətlə, bu iddia kimə lazımdır və niyə indi bu qəza ətrafında yeni informasiya dumanı yaradaraq ictimai rəyə şübhəli fikirlərin ötürülməsi istənilir, aydın görünür. Hazırda Yaxın Şərqdə müharibə gedir, tərəflərdən biri İran, digəri ABŞ və İsraildir. Müharibənin daha geniş coğrafiyaya yayılması bəzi mərkəzlərin lehinədir. Şərqi Avropada uzun müddətdir müharibə aparan Rusiya da bu vəziyyətin davam etməsini öz maraqlarına uyğun görür.

Hikmət Babaoğlu 

Belə olan halda, təyyarə qəzasının xüsusi hadisə kimi, İsrailin etdiyi bir cinayət olaraq təqdim edilməsi Ankara-Təl-Əviv münasibətlərini gərginləşdirmək və Türkiyəni müharibənin bir parçası kimi göstərmək cəhdidir. Bu, həmçinin Şərqi Avropada müharibə aparmaq istəyən, çıxış yolu tapa bilməyən Rusiyanın maraqlarına xidmət edir. Türkiyəli bir siyasətçinin belə iddia ilə çıxış etməsinin məqsədi aydındır. Bu iddia ilə kimlərin maraqlarına xidmət ediləcəyi də bəllidir.

Türkiyə cəmiyyəti kifayət qədər savadlıdır və belə informasiyanın niyə məhz indi dövriyyəyə buraxıldığını yaxşı anlayır. Bu cür informasiya manipulyasiyası uğur qazanmayacaq”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
8
globalinfo.az

10Источники