RU

“Maarifçi” təcrübə proqramında iştirak etmək üçün 5 mindən çox müraciət daxil olub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə qeydiyyat prosesi başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qeydiyyat mərhələsində proqramda iştirakla bağlı 5096 müraciət daxil olub və bu, indiyədək olan ən yüksək göstəricidir.

Qeydiyyatdan keçənlər sırasından müvafiq tələblərə cavab verən namizədlər test imtahanında iştirak hüququ qazanacaqlar. Test mərhələsi ilə bağlı məlumatlar həmin namizədlərə fərdi qaydada təqdim olunacaq.

Dörd ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində və tabeliyində olan qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Rəqəmsal gələcək” şüarı ilə start götürən IV “Maarifçi” proqramı Azərbaycan Respublikasının vətəndaşı olan bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri, magistraturada təhsil alanlar və son 3 il ərzində məzun olmuş gənclər üçün nəzərdə tutulub.

Proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini praktikada tətbiq etmələrinə şərait yaratmaq və peşəkar vərdişlər formalaşdırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
8
azertag.az

10Источники