RU

Polisə mən zəng etməmişəm, yəqin onlar xəbər veriblər İş yoldaşları arasında dava düşdü

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Oğuz rayonunda 33 yaşlı kişi iş yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun D.Qorqud küçəsində baş verib. 1993-cü il təvəllüdlü Tahir aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iş yoldaşı Vüsalın (adlar şərtidir – red.) sol sifət və sol ayaq nahiyələrindən bir neçə dəfə yumruq, təpiklə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.Təqsirləndirilən şəxs qeyd edib ki, həmin zaman çox içkili olduğu üçün etdiyi hərəkətləri xatırlamır: “Toydan çıxdıqdan sonra axşam saatlarında bu hadisə baş verdi. Biz pivə içmək üçün kafeyə getdik. Orada Vüsalı vurmuşam. Toy məclisində onu vurmamışam”.Cinayət işi üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, Tahirlə əvvəllər aralarında heç bir mübahisə olmayıb: “Məlum hadisə günü iş yoldaşımız Əlinin toy məclisində olmuşuq. Toy keçirilən zaman Tahirlə aramızda heç bir mübahisə yaşanmadı. O, həmin gün çox içdiyi üçün sərxoş olub. Toydan sonra digər iş yoldaşım Vahid ilə kafeyə çay içməyə getdim. Bundan bir az sonra Tahir həmin kafeyə gəldi və qəfildən məni vurdu. Bir müddət sonra özümü pis hiss etdiyim üçün təcili-tibbi yardıma müraciət etdim. Baş vermiş mübahisə ilə bağlı polisə şikayət etməmişəm. Çox güman ki, təcili-tibbi yardım tərəfindən polisə məlumat verilib”.Oğuz Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
demokrat.az

1Источники