RU

Zaxarova: İsrailin Xəzərdə yaratdığı təhlükə qınanmalıdır

İsrailin Xəzər dənizi hövzəsində yaratdığı təhlükə Rusiya üçün qəbuledilməzdir.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, İsrailin İranın Xəzər dənizi sahilindəki Hava Hücumundan Müdafiə sistemi obyektlərinə yenidən zərbə endirməsi barədə məlumatsız olduğunu qeyd edib.

M.Zaxarova Rusiyanın bu məsələ ilə bağlı mövqeyini xatırladıb. O vurğulayıb ki, Xəzər hər cür hərbi qarşıdurmadan azad məkandır:

“İsrail tərəfindən Xəzər dənizi akvatoriyasında, o cümlədən ticarətin həyata keçirilməsinə və malların daşınmasına yaradılan təhlükə bizim üçün qəbuledilməzdir”.

Rusiya XİN sözçüsü əlavə edib ki, İsrailin yaratdığı təhlükə bütün Xəzəryanı ölkələr tərəfindən qəti şəkildə qınanmalıdır.


Telegram kanalımız
Избранный
23
3
yenisabah.az

6Источники