RU

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... Rusiya

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Xəzər dənizi hövzəsində yaratdığı təhlükə Rusiya üçün qəbuledilməzdir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, İsrailin İranın Xəzər dənizi sahilindəki Hava Hücumundan Müdafiə sistemi obyektlərinə yenidən zərbə endirməsi barədə məlumatsız olduğunu qeyd edib.

Zaxarova Rusiyanın bu məsələ ilə bağlı mövqeyini xatırladıb.

XİN rəsmisi vurğulayıb ki, Xəzər hər cür hərbi qarşıdrumadan azad məkandır: “İsrail tərəfindən Xəzər dənizi akvatoriyasında, o cümlədən ticarətin həyata keçirilməsinə və malların daşınmasına yaradılan təhlükə bizim üçün qəbuledilməzdir”.

Rusiya XİN sözçüsü əlavə edib ki, İsrailin yaratdığı təhlükə bütün Xəzəryanı ölkələr tərəfindən qəti şəkildə qınanmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
3
axar.az

6Источники