RU

Ardıcıl qələbələr uğrunda tər tökənlər kimlərdi? – Ayxan Abbasov onları hesabdan sildi...

Xəbər verdiyimiz kimi, millimiz “FİFA Series - 2026” beynəlxalq turnirinin qalibi oldu. Yığma həm tarixinin ən böyükhesablı qələbəsini qazandı, həm də ilk dəfə başı üzərində kubok qaldırdı.

Bəs, bu uğurda ən çox payı olan futbolçular hansılardı?

“Football-plus.az” xəbər verir ki, turnirdə əvəzetmələrlə bağlı limitin olmaması baş məşqçi Ayxan Abbasovun mümkün qədər çox dəyişiklik etməsinə imkan verdi. Belədə, demək olar ki, hər kəs millinin formasıyla top qovub, qələbələrin əldə olunması üçün tər tökdü.

Əvvəlcədən bildirək ki, çalışdırıcı Şahruddin Məhəmmədəliyevlə Mustafa Əhmədzadəyə, ümumiyyətlə, şans vermədi. Baş məşqçi Sent Lüsiyaya qarşı matçın 46-cı dəqiqəsində Rəhman Daşdəmirovdan başqa hamını dəyişdi. Elə qapıçı Rza Cəfərovu da. Təkcə Rəhman 74-cü dəqiqəyə qədər meydanda qaldı.

Syerra Leone ilə oyunun start heyətində olan futbolçular isə daha çox meydanda oldu. Hətta Aydın Bayramov, Anton Krivotsyuk və Bədavi Hüseynov əvvəldən axıradək top qovdu. Bu arada Elvin Cəfərquliyevlə Aleksey İsayevin 89-cu dəqiqədə əvəzləndiyini bildirək. Renat Dadaşov 63-cü, Emil Səfərov 80-ci dəqiqədə meydanı tərk etdi. Qalan futbolçular isə 46-cı dəqiqədə əvəzləndi.

Kəsəsi, matçlar milli üzvləri üçün həm də şans qazanmaq baxımından faydalı oldu. Həmçinin Ayxan Abbasov faktiki bütün futbolçuların potensialına bələd oldu, beynində yol xəritəsi cızdı.

Böyük ehtimalla, San Marino və Maltaya qarşı keçiriləcək oyunlarda daha sabit heyət görəcəyik.

KƏNAN BAHADIR

Избранный
50
50
football-plus.az

10Источники