RU

Bu gün Korçay Dövlət Təbiət Qoruğunun yaranması günüdür

Korçay Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli, 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazisində yaradılıb. Sahəsi 4833,6 hektardır.

Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.

Rast gəlinən bitki növləri: tikanlı qaratikan, ətirli yovşan, çaytikanı, adi lalə, bənövşə və s.

Rast gəlinən heyvan növləri: cəld kərtənkələcik, pallas dırmanan təlxəsi, yaşılbaş ördək, adi qızılquş, adi kirpi, çöl pişiyi, boz canavar, dovşan, çöl donuzu və s.

 “Qırmızı Kitab”a daxil olan növlər: adi nar, adi ilanyeyən, bəzgək, telli durna, turac, Hindistan tirəndazı və s.

Избранный
43
ekologiya.az

1Источники