RU

Aprel döyüşləri şanlı Zəfərə aparan yolun başlanğıcı idi RƏY

Bakı, 1 aprel, AZƏRTAC

2016-cı ilin aprel ayında baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən şanlı Qələbə Azərbaycan xalqının iradəsinin, Ordumuzun gücünün və dövlətimizin qətiyyətinin bariz nümunəsi oldu. Məhz bu döyüşlər uzun illər formalaşmış məğlubiyyət sindromunu sındıraraq xalqımıza ilk böyük qələbə sevincini yaşatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə mühüm strateji yüksəklikləri və əraziləri düşməndən azad etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri yalnız hərbi uğur deyildi, bu, milli ruhun oyanışı, xalq-ordu birliyinin möhkəmlənməsi və gələcək böyük Zəfərin başlanğıcı idi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad etmək əzmindədir və zəfərə gedən yol inamdan, birlikdən, gücdən və qətiyyətdən keçir. Məhz bu yol bizi böyük Zəfərə apardı.

“Aprel döyüşləri zamanı döyüşlər əsasən Tərtər, Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində getdi və bu uğurlar ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu qələbənin ən önəmli rəmzlərindən biri isə Cocuq Mərcanlı oldu. Məhz 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Bayrağı bu azad edilmiş torpaqda yenidən ucaldıldı. Cocuq Mərcanlının dirçəldilməsi və həyatın oraya qayıtması ilk zəfərin real təcəssümü kimi tarixə yazıldı. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində yazılan bu şanlı tarix xalqımızın yaddaşında əbədi yaşayacaq”, - deyə QHT sədri əlavə edib.

Избранный
28
azertag.az

1Источники