RU

Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə mərhələ oyunlarına təyinat alıblar

Bakı, 1 aprel, AZƏRTAC

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Lütfəliyeva B qrupunun Kosovo – Moldova (12 aprel), Moldova – Litva (18 aprel) matçlarının baş hakimi, Kosovo – Litva (15 aprel) görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Избранный
17
19
azertag.az

10Источники