RU

Ukrayna Yaponiyadan 1,3 milyard dollarlıq maliyyə yardımı aldı

Yaponiya Ukraynaya 1,3 milyard dollar maliyyə yardımı göstərib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ukraynanın Baş naziri Yuliya Svırıdenko bildirib ki, yardım dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən faiz hesabına Fövqəladə Gəlir Sürətləndirilməsi (ERA) proqramı çərçivəsində ayrılıb və 2042-ci ilə qədər borcun ödənilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bu, Yaponiyanın ERA proqramı çərçivəsində ikinci maliyyə tranşıdır. 2022-ci ilin fevral ayından bəri Yaponiya Ukraynaya ümumilikdə 10,7 milyard dollar maliyyə yardımı göstərib.

Aminə ŞAHSUVARQIZI

Избранный
37
1
redaktor.az

2Источники