RU

Qaradağda sel aparmış körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində sel suları nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb.

"Artıq vətəndaşların hərəkəti alternativ yol vasitəsilə təmin olunur, nəqliyyatın hərəkəti də bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək", - AAYDA-dan qeyd edilib.

Избранный
24
2
far.az

3Источники