RU

Montellaya yeni müqavilə və vətəndaşlıq...

AÇ-2008-dən sonra uzun bir geriləmə dönəminə daxil olan Türkiyə yığmasını yenidən yüksəltməyi bacaran, komandanı AÇ-2024-də 1/4 finala, Millətlər Liqasında A liqasına yüksəldən və son olaraq 24 ildən sonra dünya çempionatına daşıyan Vinçentso Montella hazırda Türkiyədə bəlkə də ən çox sevilən şəxslərdən biridi. İtaliya yığması ardıcıl 3-cü dəfə mundialdan kənar qalsa da, Montella ''ay-ulduzlular''ın başında bu turnirin həyəcanını yaşayacaq. Türkiyə Futbol Federasiyasının da bu məşqçi ilə bağlı planları bəlli olub. Federasiya ən azı DÇ-2030-a qədər 51 yaşlı mütəxəssislə yola davam etmək arzusundadı. Türkiyə mətbuatının yazdığına inansaq, Montellaya yeni ikiillik müqavilə təklif olunacaq. İtaliyalı bu vəzifəni 2023-ün sentyabrından icra edir. Həmin vaxt o, üçillik müqaviləyə imza atmışdı. Ötən il onun müqaviləsi ikiilliyə, yəni 2028-ə qədər yenilənmişdi. Federasiyanın bu dəfəki təklifini də qəbul edəcəyi təqdirdə Montella məhz 2030-a qədər Türkiyənin başında yer alacaq. Bundan başqa iddialara inansaq, Montella böyük məmnuniyyətlə Türkiyə vətəndaşlığını da qəbul etməyə hazırdı. O, 2021-dən Türkiyədə çalışır. Yığmadan öncə iki il ''Adana Dəmirspor''u çalışdırıb. Yəni artıq bu il onun Türkiyədə 5-ci ili tamam olur və 2026-nın sonuna qədər ona vətəndaşlığın veriləcəyi istisna edilmir.

Избранный
15
1
football-plus.az

2Источники