RU

"Zelenski bu gün hərbçilərini Donbasdan çıxarmalıdır" - Peskov

"Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı qərar qəbul etməsi gözlənilir". 

Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Bu, iki ayın məsələsi deyil. Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxması barədə qərar verməlidir... Bu, bir çox insanın həyatını xilas edə bilər. Ən əsası isə, bu müharibənin qaynar mərhələsinə son qoymağa kömək edərdi", - deyə o bildirib.

Zelenski özü əvvəllər  Rusiyanın Ukraynaya Silahlı Qüvvələrini Donbasdan çıxarmaq üçün iki ay vaxt verdiyini qeyd etmişdi.

Избранный
19
1
adalet.az

10Источники