RU

Sabir Məmmədov: "İndi hansı kinoda at görürsünüz?"

Mərhum Xalq artisti Rasim Balayevin müsahibələrinin birində "Dədə Qorqud" filmində çəkildiyi şir səhnəsi ilə bağlı dedikləri fonunda aktyorların qonorar məsələsi gündəmə gətirilib. Belə ki, Rasim Balayev şirə iki gün çəkiliş üçün 8 min, aktyora isə 2 min ödənildiyini deyib. Xalq artisti Rafiq Əzimov da sovet dövründə filmə çəkilən atların bir günü üçün 50 manat, aktyorlara isə 25 manat qonorar verildiyini deməsi müzakirələri daha da genişləndirib. Bir çoxları təkcə sovet dönəmində deyil, indi də vəziyyətin belə olduğunu deyiblər.

 

Pravda.az bu barədə Xalq artisti Sabir Məmmədovun fikirlərini öyrənməyə çalışıb.

 

S.Məmmədov bildirib ki, hazırda aktyorlarla bağlı belə bir vəziyyət yoxdur: "Bütün bunlar sovet dönəmində olub. Filmlərdə şir, at səhnələri olurdu. Axı indi belə bir şey yoxdur. Şəxsən, mənimlə bağlı belə bir hal olmayıb. İndi hansı kinoda at görürsünüz?"

 

Aytəkin Qardaşova

Tarix: 1 Aprel 2026, 12:25   
Избранный
20
pravda.az

1Источники