RU

Aprel döyüşləri qələbənin xalqımıza verilən ilk müjdəsidir - RƏY

"Aprel döyüşləri 30 illik işğal dövründə qələbənin xalqımıza verilən ilk müjdəsi kimi milli yaddaşımıza yazıldı".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

 

 

Deputat bildirib ki, 2016-cı ilin 1-4 aprel tarixlərində Azərbaycan ordusu ilk dəfə ermənilərə sarsıdıcı zərbələr endirməyi bacarıb: "Ermənilər başa düşdülər ki, Azərbaycan xalqı əsla və əsla torpaqlarını erməni işğalçılarına güzəştə getməyəcək. Doğrudur, bəlkə, Aprel döyüşlərində biz çox ərazilərimizi geri qaytara bilmədik, amma mənəvi, psixoloji baxımdan müharibədə üstünlüyü əlimizə keçirməyi bacardıq. Artıq hamı dərk edirdi ki, bu cür Ali Baş Komandanın, Ordunun qarşısında ermənilər öz işğalçılıq siyasətlərini davam etdirə bilməzlər. Buna görə düşünürəm ki, həm mənəvi böhrandan çıxmağımız, həm düşmənə gücümüzü göstərmək, həm də qələbənin necə şirin olduğunu xalqımıza daddırmaq üçün Aprel döyüşləri müstəsna bir tarixi hadisə kimi yadda qaldı. Doğrudan da, cəmi dörd il sonra böyük tarixi Zəfərimizi əldə edə bildik".

 

Aytəkin Qardaşova

Tarix: 1 Aprel 2026, 11:34   
Избранный
9
pravda.az

1Источники