21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və görüş heç-heçə sona çatıb – 0:0.
İdmanxeber.az-a verilən məlumata görə, AFF millinin səfərdən gətirdiyi bir xala görə komandanı mükafatlandıracaq.
Bolqarıstanla edilən heç-heçə futbolçulara 3000 manat qazandıracaq.
Xatırladaq ki, U-21 millimiz qrupda 6 xalla 5-ci sıradadır.