RU

"Tottenhem" yeni baş məşqçisini elan etdi - Uzunmüddətli müqavilə

"Tottenhem" yeni baş məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, London klubu vakant posta Roberto De Zerbini təyin edib. 

Bu barədə hotspurluların mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti hələ açıqlanmayıb, lakin "Tottenhem" italyan mütəxəssis ilə uzunmüddətli müqavilə imzalandığını vurğulayıb. 

Xatırladaq ki, "Tottenhem" bu həftə İqor Tudoru istefaya göndərib. 

De Zerbinin artıq Premyer Liqada təcrübəsi var. O, əvvəllər "Brayton"a rəhbərlik edib. Roberto bu mövsüm Liqa 1-də "Olimpik Marsel"i çalışdırıb. 

"Tottenhem" Premyer Liqada 30 xalla 17-ci yerdədir və düşmə zonasında olan - 18-ci yerdə qərarlaşan "Vest Hem"dən cəmi bir xal öndədir.

Избранный
5
1
fanat.az

2Источники