RU

Yazda hansı vitaminlər qəbul edilməlidir? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaz mövsümündə insan orqanizmində bəzi vitaminlərin çatışmazlığı daha tez-tez müşahidə olunur. Bioloq və genetik İrina Kolesnikovanın sözlərinə görə, xüsusilə A, D və B qrup vitaminlərinin səviyyəsi qışdan sonra aşağı düşə bilər.

Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.

Mütəxəssis bildirir ki, D vitamini orqanizmdə yalnız vitamin deyil, eyni zamanda hormon kimi fəaliyyət göstərir. O, kalsiumun mənimsənilməsində, sümük sağlamlığında, immun sisteminin işində və metabolik proseslərdə mühüm rol oynayır. Qış aylarında günəş işığının azalması səbəbindən bu vitaminin sintezi zəifləyir. Bundan əlavə, bəzi genetik xüsusiyyətlər D vitamininin təsirini azalda bilər.

A vitamini çatışmazlığı da yazda tez-tez rast gəlinir. Bunun əsas səbəblərindən biri qışda tərəvəzlərin həm keyfiyyət, həm də qida dəyərinin aşağı olmasıdır. A vitamini ürək, ağciyər, böyrək və digər orqanların normal fəaliyyəti üçün vacibdir. Lakin bitki mənşəli A vitamini (karotin) orqanizmdə aktiv formaya çevrilməlidir və bu proses bəzi insanlarda genetik səbəblərə görə zəif gedə bilər.

B qrup vitaminləri, xüsusilə də B12 vitamini də yaz aylarında çatışmaya meyllidir. B12 əsasən heyvan mənşəli qidalardan alınır və onun mənimsənilməsi xüsusi zülal – “Kasl faktoru”ndan asılıdır. Bu prosesdə iştirak edən fermentlərin aktivliyi genetik olaraq fərqli ola bilər və bu da vitaminin mənimsənilməsinə təsir göstərir.

Mütəxəssislər yaz aylarında balanslı qidalanmaya diqqət yetirməyi, zərurət olduqda isə həkim məsləhəti ilə vitamin əlavələrindən istifadə etməyi tövsiyə edirlər.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
50
redaktor.az

10Источники