Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatı 2026 üçün bütün iştirakçı komandalar artıq müəyyənləşib.
BAKU.WS xəbər verir ki, son iki vəsiqəni Konqo Demokratik Respublikası və İraq milliləri qazanıblar. Hər iki komanda pley-off mərhələsinin finalında rəqiblərini - müvafiq olaraq Yamayka və Boliviyanı məğlub edərək mundiala qatılmaq hüququ əldə edib.
Beləliklə, 48 yığmanın yer aldığı turnirin qrupları tam şəkildə formalaşıb:
A qrupu: Meksika, Cənubi Koreya, CAR, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Qeyd edək ki, mundial 2026-cı il 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.