RU

Gəncədə ev yandı - FOTOLAR

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yerləşən ikimərtəbəli taxta konstruksiyadan olan yaşayış binasının birinci mərtəbəsində qəfil yanğın başlayıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı yaşayış binasının birinci mərtəbəsində yerləşən 35 kv/metr sahəsi olan mənzil əşyaları ilə birlikdə tamamilə yanıb. Alovun qarşısı alınıb, yanğın söndürülüb.

Bina sakinləri təxliyə edilib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
15
7
unikal.az

10Источники