RU

Avropa nəhənglərindən Osimhen həmləsi

Avropanın nəhəng klubları "Qalatasaray"ın futbolçusu Viktor Osimheni transfer etməkdə maraqlıdır. Metbuat.az xəbər verir ki, həmin klublardan bəzilərinin adı xarici KİV-lərdə dərc edilib. İddialara görə, “Bavariya”, “Mançester Yunayted”, “Yuventus” və “Atletiko Madrid” futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, “Barselona” klubunun Osimheni “Atletiko Madrid"in futbolçusu Julian Alvaresin alternativi hesab edir.

Qeyd edək ki, "Qalatasaray"ın Viktor Osimhen üçün 150 milyon avro transfer haqqı, futbolçunun isə illik 20 milyon avro maaş tələb etdiyi barədə xəbərlər dərc edilib.

Избранный
39
44
metbuat.az

10Источники