AZ

İspaniya nəhəngi Osimheni istəyir

"Barselona" "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İspaniya nəhənginin hücum mövqeyi üçün ilk seçiminin "Atletiko Madrid"in futbolçusu Julian Alvaresin transferinin olduğu iddia edilir. "Mundo Deportivo"nun məlumatına görə, “Barselona” bu transferi reallaşdıra bilməsə, Viktor Osimheni transfer etməyə cəhd edəcək.

Qeyd edək ki, "Qalatasaray"ın Viktor Osimhen üçün 100 milyon avrodan çox məbləğ tələb etdiyi barədə xəbərlər dərc edilmişdi. Bu mövsüm "Qalatasaray"da 29 matçda oynayan Osimhen 19 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib.

Seçilən
33
44
metbuat.az

10Mənbələr