RU

Zelenski Aİ yə üzvlük üçün konkret tarixlərin açıqlanmasını tələb edib

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından (Aİ) ölkəsinin birliyə qəbul olunması üçün konkret tarixlərin açıqlanmasını tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Novosti. Live" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Kiyevdə keçirilən Aİ Şurasının qeyri-rəsmi iclası zamanı Zelenski ölkəsinin üzvlüyü üçün dəqiq vaxt çərçivəsinin müəyyənləşdirilməsini istəyib.

"Bizim Aİ-yə üzvlüyümüz həm bizim, həm də Avropa üçün təhlükəsizlik zəmanəti olacaq. Bizə konkret tarixlər lazımdır, gəlin onları müəyyən edək və birlikdə işləyək", - deyə o bildirib.

Daha sonra Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Ukraynanın Aİ-yə qəbul tarixi ilə bağlı suala cavab verərək konkret tarixlərin açıqlana bilməyəcəyini bildirib.

"Biz sizə konkret tarixlər deyə bilmərik, lakin Ukraynanın Aİ-yə mümkün qədər tez qoşulmasını istəyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri ölkənin Aİ-yə üzv olmaq üçün yüzlərlə qanun qəbul etməli olduğunu və bu prosesin uzunmüddətli islahatlar tələb etdiyini bildirmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
oxu.az

1Источники