RU

“Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq” − Əraqçi

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla birbaşa mesaj mübadiləsi apardığını bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazir “Əl-Cəzirə”yə verdiyi müsahibədə danışıb.

“Əvvəlki kimi, Uitkoffdan birbaşa mesajlar alıram, amma bu, danışıqlar apardığımız anlamına gəlmir. Bunlar danışıqlar deyil; bunlar sadəcə birbaşa və ya bölgədəki dostlarımız vasitəsilə mesaj mübadiləsidir”, - Əraqçi deyib.

Xarici işlər naziri bildirib ki, İran hələ də ABŞ-yə 15 maddəlik münaqişənin həlli planına rəsmi cavab göndərməyib və heç bir əks şərt irəli sürməyib.

Əraqçi həmçinin vurğulayıb ki, İslam Respublikası dost gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün bütün tədbirləri görüb. Lakin, marşrut İrana qarşı müharibə aparanlar üçün bağlı qalır. O, həmçinin bildirib ki, Tehran istənilən quru əməliyyatına hazırdır, lakin düşmənlərin heç bir səhv hesablama aparmayacağına ümid edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
yeniavaz.com

1Источники