RU

Putin ilə BƏƏ Prezidenti Yaxın Şərqdəki vəziyyəti müzakirəETDİ

Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin rəsmi saytında məlumat verilir.

Bildirilir ki, ölkə liderləri "Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin pisləşməyə davam etməsindən ciddi narahatlıqlarını ifadə ediblər".

Onlar həmçinin hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyinə toxunublar. Söhbət zamanı Rusiyanın dostluq münasibətləri saxladığı regionun bütün ölkələrinin maraqlarına riayət olunmaqla, münaqişənin nizamlanması üçün fəal səylərin göstərilməsinin önəmi vurğulanıb.

Xədicə BAXIŞLI

Избранный
55
redaktor.az

1Источники