RU

Naxçıvanda yol qəzası baş verib - 3 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası baş verib.

Missiya.Az "APA"ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı "Niva" markalı avtomobillə "Daewoo Nexia" markalı avtomobil toqquşub.

Xəsarət alanlar - 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Избранный
25
10
missiya.az

10Источники