AZ

Naxçıvanda ağır qəza: Yaralılar var - FOTO

Naxçıvanda yol qəzası baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

    Qəza zamanı "Niva" markalı avtomobillə "Daewoo Nexia" markalı avtomobil toqquşub.

    Xəsarət alanlar - 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

    Seçilən
    3
    9
    manset.az

    10Mənbələr