RU

Şəxsi avtomobillər dayanacağı zəbt etdi Taksi sürücüsünə yer qalmadı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində kütləvi qayda pozan sürücülər lentə alınıb. 

Hadisə martın 24-də günorta saatlarında baş verib.

Avtosfer.az-a göndərilən video materialdan görünür ki, 99-CT-392 dövlət nömrə nişanlı “Toyota Prius” markalı, 90-JJ-410 dövlət nömrə nişanlı “Qazel” markalı, 77-TR-540 dövlət nömrə nişanlı “BYD” markalı, 20-FD-472 dövlət nömrə nişanlı “Toyota” markalı və “BMW” markalı avtomobillərin sürücüləri taksilər üçün nəzərdə tutulmuş dayanacaqda nəqliyyat vasitələrini saxlayıblar.

Nəticədə, taksi sürücüsü sərnişini qadağan olunmuş yerdə düşməyə məcbur qalıb.

Qeyd edək ki, şikayətçi paytaxtın əksər küçələrində eyni mənzərəylə qarşılaşdığını əlavə edib.  

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
avtosfer.az

1Источники